CƏMİYYƏT


Abşeronda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri və Masazır qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər tutulublar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Eldar Raxmatulinin üzərindən və yaşadığı evdən 4 kiloqram 65 qram marixuana, 1 kiloqram 25 qram heroin və 403 qram psixotrop maddə metamfetamin aşkar edilib.