Ötən il dekabrda Kürdə batan şəxsin meyiti tapıldı
04.02.2023 [18:30]
Xəbərin mətni
Ötən il dekabrın 12-dən Kürdə batdığı ehtimal olunan şəxsin axtarışları nəticə verib. Tovuz rayonunun Qədirli kənd sakinləri 47 yaşlı Eldəniz Məmmədovun meyitini tapıblar. AZƏRTAC xəbər verir ki, dərhal əraziyə Tovuz Rayon Polis Şöbəsinin və prokurorluğun əməkdaşları cəlb edilib. 45 gün idi itən şəxsin axtarışları aparılırdı. Onun Kürdə batması da ehtimallardan biri idi.