CƏMİYYƏT


Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Şəhnin Novruzovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Azərbaycan Hərb Tarixi Muzeyində keçirilən mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları və digər qonaqlar iştirak ediblər.