CƏMİYYƏT


Bakı-Quba yolunda maneəyə çırpılan yük avtomobilində yanğın baş verib

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yük avtomobilində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında “Volvo” markalı tranzit yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı beton maneəyə çırpılması nəticəsində təkərində yanğın başlayıb.