CƏMİYYƏT


Türkiyədəki zəlzələ dalğasının təsiri Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz

Türkiyədə baş verən zəlzələnin episentri ilə ölkəmizə qədər məsafə 700-800 kilometrdir. Ona görə də həmin dalğanın təsiri Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fevralın 6-da keçirilən mətbuat konfransında deyib.