Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əfsanəyə dönən ömür - Mübariz İbrahimovun doğum günüdür

07.02.2023 [12:15]

Xəbərin mətni

Bu gün canını Vətənə qurban verərək şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı, Mübariz İbrahimovun doğum günüdür.
Qısa ömür yaşamasına baxmayaraq, Vətən sevgisi onu qəhrəman etdi. Mübariz İbrahimov canını Vətən yolunda fəda etməsi ilə qəhrəmanlıq salnaməsi yazdı, özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoyub getdi.