CƏMİYYƏT


Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla Elcan Cəfərovun özünəməxsus “VAZ” markalı avtomobillə toy karvanında dövlət qeydiyyat nişanını gizlədərək avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşdığı məlum olub. Həmin şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.