CƏMİYYƏT


İyirmi beş min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb

Paytaxtın Xətai və Qaradağ rayonlarında transformator məntəqələrindən 25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonunda yerləşən dövlətin balansında olan transformator məntəqələrindən birindən oğurluq edilib. Belə ki, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transformatorlarını oğurlayıb. Hadisə nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb.