Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gədəbəydə qarlı şaxtalı hava müşahidə edilir, yollara qum-duz qarışığı səpilir

08.02.2023 [11:38]

Xəbərin mətni

Gədəbəy rayonunun mərkəzində qarın qalınlığı 10 santimetrə, kəndlərdə isə 25-30 santımetrə çatıb. Gecə saatlarından etibarən yollarda avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün ağır texnikalar və işçi qüvvəsi yollara səfərbər olunub.