CƏMİYYƏT
Lənkəran və Masallıda Türkiyəyə yardım aksiyası üçün xüsusi məntəqələr yaradılıb
08.02.2023 [19:22]
Xəbərin mətni
Ən ağrılı günlərimizdə yanımızda olan qardaş Türkiyənin indi bizlərin dəstəyinə ehtiyacı var. Bunun üçün ölkənin hər yerində olduğu kimi, Lənkəran və Masallı sakinləri də zəlzələdən zərərçəkən qardaşlarımıza kömək üçün yardım aksiyasına qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər iki rayonda yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb. Məntəqələr səhər saat 9-dan axşam saat 20-yə kimi fəaliyyət göstərəcək. Günün sonunda yardımlarla yüklənmiş avtomobillər Bakı şəhərinə, oradan da Türkiyəyə yola salınacaq.