Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevir şəhəri yaxınlığında Bozdağ silsiləsi ərazisində köməksiz qalmış üç nəfər xilas edilib

09.02.2023 [11:16]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında - Bozdağ silsiləsi ərazisində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.