CƏMİYYƏT


Avropaya narkotik göndərməyə çalışan dəstə üzvləri həbs olunub

Qaçaqmalçılıq yolu ilə 67 kiloqram heroin və metamfetamini ölkə ərazisinə keçirən və buradan da Gürcüstan vasitəsi ilə Avropaya göndərmək istəyən dəstənin üzvləri saxlanılıblar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha sonra buradan tranzit yükdaşımalar adı altında Gürcüstana və Avropaya göndərməyə çalışan daha bir mütəşəkkil dəstənin üzvləri tutulublar.