SİYASƏT


Heydər Əliyev adına Hərbi İnstituta kursant qəbulu qaydaları açıqlanıb

Heydər Əliyev adına Hərbi İnstituta 2023-2024-cü tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədris Azərbaycan dilində olmaqla əyani formada dörd il müddətində aparılır.
Heydər Əliyev adına Hərbi İnstituta bu il mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.