CƏMİYYƏT
FHN-in xilasediciləri dağıntılar altında 198 saat qalmış 2 qardaşı xilas ediblər
14.02.2023 [11:41]
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Azərbaycan FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş - 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar.
18.05.2024 [21:17]
18.05.2024 [21:11]
18.05.2024 [21:04]
18.05.2024 [18:43]
17.05.2024 [18:46]
18.05.2024 [12:03]
14.05.2024 [17:26]
16.05.2024 [13:44]
10.05.2024 [13:06]
10.05.2024 [11:54]
10.05.2024 [12:10]
10.05.2024 [11:33]