Qızılxallı farel balığı necə yetişdirilir? – Xaçmazdan REPORTAJ
14.02.2023 [17:26]
Xəbərin mətni
Xaçmazda yaradılan balıqçılıq təsərrüfatında qızılxallı farel balığı yetişdirilir. Təsərrüfatda satışa il ərzində 20 tondan çox balıq çıxarılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qusarçay kəndində yerləşən balıqçılıq təsərrüfatı 2017-ci ildən fəaliyyət göstərir. Farel balıqları bol oksigenli təmiz suyun dövr etdiyi qapalı hovuzlarda bəslənir.