Laçın-Xankəndi yolu: hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir
15.02.2023 [10:39]
Xəbərin mətni
Laçın-Xankəndi avtomobil yolunun ekoloji aksiyanın keçirildiyi ərazisindən hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, səhər saatlarında sülhməramlılara məxsus 2 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.