SİYASƏT
Naxçıvanda xüsusi təyinatlı bölmələrin təlimi keçirilib
21.02.2023 [16:45]
Xəbərin mətni
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Ordunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb olunmuş bölmələrlə məşqlər keçirilib.