CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına 2023-2024-cü tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Azərbaycan dilində aparılan təhsilin müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir.