Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzun kəndləri yüksəksürətli internetlə təmin olunur

24.02.2023 [19:19]

Xəbərin mətni

“Aztelekom” MMC Tovuz rayonunun Aşağı Öysüzlü, Qazqulu, Bozalqanlı, Abulbəyli, Düz Cırdaxan, Cəlilli kəndlərində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.
MMC-nin mətbuat katibi Alidə Mustafayeva AZƏRTAC-a bildirib ki, Tovuz rayonunda, ümumilikdə 5610 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə olunub. Hazırda 1841 abunəçi müvafiq xidmətlərdən yararlanır və yeni qoşulmalar davam edir.