CƏMİYYƏT


Kolumbiya və Peru paytaxtlarında “Xocalıya ədalət!” çağırışı

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Kolumbiya və Perunun paytaxt şəhərləri Boqota və Limanın mərkəzi küçələrində yerləşdirilən böyük və orta ölçülü lövhələrdə “Xocalıya ədalət!” çağırışları əks olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, lövhələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin təsviri, “Xocalı soyqırımı 31 il”, “Xatırlayırıq” şüarları və “Xocalıya ədalət!” kampaniyasının rəsmi internet səhifəsi təsvir olunub.