CƏMİYYƏT


Daha 10 ailə Ağalıya köçdü

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 28-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola salınan 10 ailədən ibarət növbəti köç karvanı Ağalı kəndinə çatıb.