Prezident İlham Əliyev Kubanın vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
28.02.2023 [20:50]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə Kuba Prezidentinin iştirakını məmnunluqla xatırladı, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinə göstərdiyi dəstəyə görə Kuba tərəfinə minnətdarlığını bildirdi.