Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN şərti yanğın təlimi keçirib

01.03.2023 [10:18]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 ünvanında yerləşən “Klasskom 2011” MMC-yə məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.
Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.