ADAU-da “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
01.03.2023 [15:55]
Xəbərin mətni
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ADAU rəhbərliyi, professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə Tədris-təcrübə təsərrüfatında keçirilən aksiyada 2000 ədəd müxtəlif növ meyvə tingi əkilib. Ərazidə olan meyvə ağaclarına mövsümi qulluq edilib.