Azərbaycan musiqiçiləri ilk dəfə Beynəlxalq Akkordeon Festivalında
01.03.2023 [15:57]
Xəbərin mətni
Azərbaycan musiqiçiləri Vyanada Beynəlxalq Akkordeon Festivalında ilk dəfə konsert proqramı ilə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın görkəmli musiqiçisi, Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblı festival çərçivəsində Vyana şəhərinin məşhur “Porgy & Bess” caz klubunda konsert verib.