MƏDƏNİYYƏT


Lüksemburqda azərbaycanlı uşaqların əsərlərindən ibarət sərgi təşkil olunub

Lüksemburqda “Uşaq ruhunun rəngləri” adlı rəsm sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, uşaqların rəsmlərindən ibarət sərgi Lüksemburqda yaşayan azərbaycanlı rəssam, Lüksemburq Böyük Hersoqluğunun Avropa İncəsənət Akademiyasının (Académie Européenne des Arts de Grand-Duché du Luxembourg) üzvü Aynur Qasımova-Virt tərəfindən təşkil olunub. Lüksemburqda yaşayan azərbaycanlı uşaqların iştirak etdikləri sərgi böyük maraqla qarşılanıb.