Qarabağ abidələri - Ağdam şəhərindəki qədim hamam
06.03.2023 [18:54]
Xəbərin mətni
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam şəhərindəki mədəniyyət abidələrindən biri də qədim hamamdır. Bu hamamın tikilməsi və tarixi ilə bağlı müxtəlif versiyalar var. Yerli sakinlər hamamın XIX sərin sonlarında Xan qızı Xurşidbanu Natəvan tərəfindən tikdirildiyini bildirirlər. Ağdamda bu hamama “Natəvan hamamı” da deyilirdi.