CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 ünvanında yerləşən “Dönüş” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.