Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
15.03.2023 [10:04]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri martın 14-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda Azərbaycan Prezidentini rəsmi şəxslər yola saldılar.