Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxıda Novruz şənliyi

19.03.2023 [12:29]

Xəbərin mətni

Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı Novruzun gəlişi Şamaxıda yüksək əhval-ruhiyyə ilə qarşılanır.
AZƏRTAC xəbər verir ki, bayram münasibətilə Şamaxı şəhəri Novruz atributları ilə bəzədilib, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş tədbir təşkil olunub.