Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Beş minədək eksponatı olan kənd muzeyi

22.03.2023 [12:40]

Xəbərin mətni

Astara rayonunun Kakalos kəndindəki muzey öz qeyri-adiliyi ilə seçilir. Bu muzeydə hətta Fransadan gətirilmiş eksponatlar da saxlanılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, muzey Astara rayonunun Kakalos kəndindəki “Folklor evi”ndə yerləşir. Bu muzey 1982-1983-cü illərdə ömrünü rayonda mədəniyyət və incəsənətin inkişafına həsr etmiş Fərbiyyə Şabanova tərəfindən yaradılıb.