SİYASƏT


Azərbaycanın və İsrailin XİN rəhbərlərinin Yerusəlimdə görüşü keçirilib

Martın 29-u Yerusəlim şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Kohen arasında görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, təkbətək görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.
Qeyd edək ki, bu gün İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək. İsraildə ölkəmizin ilk diplomatik nümayəndəliyinin açılışı tarixi hadisə kimi dəyərləndirilir.