SİYASƏT


Ceyhun Bayramov Fələstin Dövlətinə təşəkkür etdi

Azərbaycanın Fələstində nümayəndəliyinin açılması iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə çıxaracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri martın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fələstinli həmkarı Riyad Əl-Maliki ilə birgə birifinqdə deyib.
Nazir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Fələstin Dövlətinə təşəkkürünü ifadə edərək, ölkəmizin də Fələstinin sülh və sabitlik istiqamətində səylərini dəstəklədiyini bildirib.