CƏMİYYƏT


Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur

Martın 31-i səhər saatlarından başlayaraq azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar insanlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarətçilər arasında hökumət və dövlət nümayəndələri, Milli Məclisin deputatları, müxtəlif idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, sıravi vətəndaşlar, eləcə də xarici vətəndaşlar var.
Memorial Kompleksdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi təşkil olunub.
Quba Soyqırımı Memorial Kompleksinə gələn ziyarətçilər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılırlar.