ELM VƏ TƏHSİL
Allama İqbal Universitetində Ulu Öndərə həsr edilən fotosərgi keçirilib
31.03.2023 [12:10]
Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin aparıcı ali təhsil ocaqlarından olan Allama İqbal Universitetində Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş fotosərgi təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, fotosərgidə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Allama İqbal Universitetinin rektoru Nəsir Mahmud, universitetin müəllim-tələbə heyəti və Pakistan KİV-ləri iştirak edib. Sözügedən sərgidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Pakistana rəsmi səfərini əks etdirən fotolar yer alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
03.06.2023 [20:56]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]