Rəhim Bayramlı: “Baku ID” regionun ən böyük innovasiya və startap tədbirlərindən biridir
17.09.2026 [16:20]
Xəbərin mətni
“Baku ID” artıq beşinci dəfə keçirilir və regionun ən böyük innovasiya və startap tədbirlərindən birinə çevrilib. Tədbirin əsas məqsədi Azərbaycanda və regionda fəaliyyət göstərən startaplar üçün vahid platforma yaratmaq, onların beynəlxalq investorlarla əlaqələr qurmasına və sərmayə cəlb etməsinə dəstək göstərməkdir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında SABAH.HUB şirkətinin baş icraçı direktoru Rəhim Bayramlı deyib.