CƏMİYYƏT


Şəhid Elşad Həsənov son mənzilə yola salındı

Ötən gün Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində şəhid olan Ağstafa rayon sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğlu son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, Ağstafa şəhər Şəhidlər xiyabanında izdihamlı keçən dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər iştirak ediblər.