İDMAN


Gəncə İdman Sarayı gələn ildən beynəlxalq yarışlara ev sahibliyi edəcək

Qafqazın ən böyük idman tikililərindən biri hesab olunan Gəncə İdman Sarayı bu ilin sonuna qədər istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq inşası sürətlə aparılan kompleksdə, yerli və beynəlxalq yarışların keçirilməsi üçün tam şərait yaradılır. Artıq idman kompleksində gələn ilin əvvəlindən dünya səviyyəli yarışların keçirilməsi üçün Beynəlxalq Atıcılıq, Üzgüçülük Federasiyalarının nümayəndələri, tanınmış arxitekturlar Nizami yurdunda olub, idman sarayının tikintisi ilə yaxından tanış olurlar.