Azərbaycan pravoslavları Pasxa bayramını qeyd ediblər
16.04.2023 [16:37]
Xəbərin mətni
Azərbaycanda yaşayan pravoslavlar bu gün əsas xristian bayramlarından olan Pasxanı qeyd edirlər.
AZƏRTAC xəbər verir ki, ölkənin bütün pravoslav məbədlərində Pasxa ibadətləri keçirilib.
Bayram ibadəti gecəyarısı - şənbə günündən bazara keçən gecə Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində başlayıb. İbadətə gələnlər müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar düzüblər.