Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlıq müzakirə edilib
18.04.2023 [18:47]
Xəbərin mətni
Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 18-də bu ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Astana şəhərində rəsmi qarşılanma mərasimi təşkil edilib.