Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biləsuvarda güclü partlayış olub

24.04.2023 [20:46]

Xəbərin mətni

Biləsuvar şəhəri Heydər Əliyev prospektində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində partlayış baş verib.
Biləsuvar Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilkin ehtimala görə mənzildə partlayışa səbəb qaz sızması olub.
Dərhal FHN-in aidiyyəti qurumları hadisə yerinə cəlb edilib.
İlkin baxış zamanı partlayış baş verən mənzilin dam örtüyünün çökməsi müəyyən edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.