İQTİSADİYYAT


Azad olunmuş ərazilərdə biznes qurmaq üçün 70 qadın sahibkar müraciət edib

Hazırda təxminən 700 minə yaxın kənd təsərrüfatı subyektindən 200 minə yaxınını qadın fermerlər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, son illər Bakıda və müxtəlif regionlarda KOBİA tərəfindən həyata keçirilən tədbirlərdən və dəstək layihələrindən istifadə etmiş, həmçinin ixtisasartırma proqramı iştirakçılarının 30 faizdən çoxu qadınlardır. Komitə sədri əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznes layihələrini icra etmək üçün 70 qadın sahibkar müraciət edib.