Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda yanacaqdaşıyan vaqon relsdən çıxıb, yanacaq ətrafa dağılıb

02.05.2023 [11:34]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxması və yanacağın ətrafa dağılması barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.