Bakıda velosiped oğurlayan şəxs tutuldu
02.05.2023 [14:02]
Xəbərin mətni
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son 1 ayda metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının ətrafında ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 9 ədəd velosiped oğurlayan, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Babək Abdullazadə tutulub.