Gəncədə 200 sərv ağacı əkilib
08.05.2023 [10:20]
Xəbərin mətni
Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin tapşırığına uyğun olaraq, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyləri münasibətilə ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Bayrağı küçəsində təşkil edilən aksiyada yerli iqlim şəraitinə uyğunlaşdırılmış 200 ədəd sərv ağacları əkilib, onlara xüsusi aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.