Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Heydər Əliyev 100” - Gəncədə fləşmob

10.05.2023 [11:06]

Xəbərin mətni

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fləşmob keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin tələbələrinin iştirak etdiyi fləşmobda üç kompozisiya təqdim olunub. Kompozisiyalarda Ümummilli Liderin imzası, Ulu Öndərin yubileyini tərənnüm edən 100 illik yubiley simvolu və dahi rəhbərə olan sevginin əbədiliyini bildirən sonsuzluq işarəsi əks etdirilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI