Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaur Əliyev: Qabaqcıl texnologiyaların tətbiqi aqrar sektor mütəxəssislərindən fərqli bilik və bacarıqlar tələb edir

16.11.2026 [12:39]

Xəbərin mətni

Aqrar sektor çox vaxt ənənəvi və konservativ bir sahə olaraq xarakterizə olunsa da, bu sektorda həm müasir yanaşma və texnologiyaların, həm də innovasiyaların tətbiqi son illərdə həm məhsuldarlıq artımına, həm də resurslardan səmərəli istifadəyə imkan yaradıb. Müasir suvarma sistemləri və texnologiyalar, həmçinin süni zəkaəsaslı həllərin tətbiqi sektorda məhsul istehsalı ilə yanaşı, əmək məhsuldarlığının da artımına öz töhfəsini verməkdədir. Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev " Milli Məşğulluq Forumu 2026" tədbirində çıxış edərkən deyib.