Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışında iştirak ediblər
10.05.2023 [22:34]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma Şuşa Otel-Konqres Mərkəzi Kompleksində yaradılan şərait barədə məlumat verdi.