İQTİSADİYYAT


Bakıda XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi

Mayın 17-də Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") işə başlayıb.
AZƏRTAC xəbər verir ki, "Caspian Agro" sərgisi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, distribütorlar, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla, minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayır.