CƏMİYYƏT


Sərnişinlərin kassanın yerini tanımadığı Xaçmaz avtovağzalı

Sərnişinlər kassanın yerini tanımır, sürücülər biletin qiymətindən artıq pul alır, Bakıya gedən avtobuslar qrafik üzrə yox, yalnız bütün yerlər dolduqdan sonra yola düşür. Sadaladıqlarımız Xaçmaz avtovağzalında yaşanan problemlərin bir qismidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz avtovağzaldan gün ərzində Bakı, Quba, Şabran, Xudat istiqamətlərində və şəhərdaxili marşrut üzrə avtobuslar işləyir. Avtovğazlın göz oxşayan ikimərtəbəli inzibati binası olsa da, buradakı gözləmə zalı və kassalar sərnişinlərə xidmət göstərmir.